Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınma 7,4 faiz artıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınma 7,4 faiz artıb

2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olub.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 15512,7 min tonu və ya 60,5 faizi avtomobil nəqliyyatı, 6614,0 min tonu və ya 25,8 faizi dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4 faiz artım müşahidə edilib.
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 faizini və ya 5037,3 min tonunu tranzit yüklər təşkil edib. 
 
Aktual.az 
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR