Avropa İnvestisiya Bankı TANAP-a böyük həcmdə kredit ayırdı

Avropa İnvestisiya Bankı TANAP-a böyük həcmdə kredit ayırdı

Avropa İnvestisiya Bankı (AİB) Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro məbləğində kredit ayrılmasını təsdiqləyib.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə AİB-in saytında bildirilir.
"Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsiilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Bu günədək mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla TANAP qaz boru kəməri layihəsi üzrə işlərin 91 faizi, TAP qaz boru kəməri layihəsi üzrə isə 65 faizi yekunlaşıb. "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR