Avropa Azərbaycana 582 milyon yardım edib

Avropa Azərbaycana 582 milyon yardım edib

"Cari ilin ilk iki ayının nəticələrinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 42 faizi Avropa İttifaqı ölkələrinin payına düşür”.

AzVision.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib.

O, qeyd edib ki, Avropa İttifaqı ölkələri Azərbaycanda əsas xarici investordur: "Əsas kapitala 20 milyarda yaxın, sırf qeyri-neft sektoruna isə 3 milyarda yaxın investisiya Avropa İttifaqı ölkələri tərəfindən gətirilib. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında geniş istiqamətlərdən biri də yardım proqramlarıdır. Bu yardım proqramları vasitəsilə 1992-ci ildən ölkəmizə 582 milyon avro məbləğində dəstək göstərilib. Bunlar arasında xüsusi olaraq tvinninq layihələri vurğulanmalıdır. Bu layihələr üzrə Azərbaycan regionda liderdir. Biz 45 layihə üzərində işləmişik. Bu layihələrdən 26-ı artıq uğurla həyata keçirilib. 12 layihə hazırda icradadır. 7 layihə üzərində isə hazırda hazırlıq işləri görülür və tezliklə onlar da başlayacaq”.
 
Aktual.az
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR