Avronun məzənnəsi yüksələcək

Avronun məzənnəsi yüksələcək

Qlobal bazarda avro möhkəmlənmə trendini davam etdirərək 1,20 ABŞ dolları səviyyəsini ötə bilər.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu proqnozla Hollandiya "ING Bank"ının FOREX bazarı üzrə baş eksperti Virac Patel (Viraj Patel) çıxış edib.
Ekspertin sözlərinə görə, investorların avrozonada siyasi qeyri-müəyyənliklə bağlı narahatlıqları sona çatır. Avrozona üzrə müsbət iqtisadi göstəricilər davam edəcək. Patelin proqnozlarına görə, noyabrın 30-da açıqlanacaq avrozona istehlak qiymətləri indeksi artacaq. "ING Bank" bildirib ki, investorlar avrozona üzrə inflyasiya göstəricisini tam qiymətləndirməyiblər. Son zamanlar Almaniya və İspaniyada yaşanan siyasi qeyri-müəyyənliklər bunun qarşısını almağa müvəffəq olub. Lakin getdikcə siyasi arenada vəziyyət düzəlir, bu da avronun məzənnəsinin artmasına səbəb olacaq.
Qeyd edək ki, bugünkü hərraclarda USD/EUR məzənnəsi son 2 ayın maksimal həddi - 1,1957-ə yüksəlib.

Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR