Avqust və dekabr aylarında dollara tələb yüksələcək - Ekspert

Avqust və dekabr aylarında dollara tələb yüksələcək - Ekspert

"Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının arıtırlması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başladı.
Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyası anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FED-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb”.

AzNews.az xəbər verir ki, bunu iqtisadi ekspert Vüqar Bayramov deyib. Onun fikrincə, hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş edilir:
"Bu son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma deməkdir. Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik və eləcə də Veneseulada hasilatın azalmasına rəğmən "qara qızıl” FED qərarından sonra dəyər itirib. Aydındır ki, OPEK-in toplantısı öncəsi neftin qiymətində kəskin dəyişiklik gözlənilməsə də sözügedən yığıncaqda qəbul ediləcək qərarlar neft bazarında tarazlığı yenidən dəyişə bilər. Neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq, FED qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır. Mərkəzi Bankın” FED-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması da əslində dolayı təsirlərinin olması anlamına gəlir. FED-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir. Bununla belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq. Dollara tələbin isə daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir. İlin sonuna dollara tələbin daha yüksək olacağı həm dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq. Amma yenə də son söz Mərkəzi Bankındır”.
 
Aktual.az
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR