AVP İlham Əliyevin namizədliyini dəstəklədi

AVP İlham Əliyevin namizədliyini dəstəklədi

Ana Vətən Partiyası (AVP) Ali Məclisinin iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, iclasda qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı müzakirə edilib.
İclasda Ana Vətən Partiyasının Ali Məclisi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının VI qurultayının İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi haqqında qərarını dəstəkləyib və qarşıdan gələn seçkilərdə onun qələbəsi uğrunda fəal mübarizə aparılması barədə qərar qəbul edilib.
Məclisdə digər təşkilati məsələlərə də baxılıb.





Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR