Tanınmış telejurnalistə yüksək vəzifə verildi

Tanınmış telejurnalistə yüksək vəzifə verildi

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

Aktual.az  Apa-ya istinadən xəbər verir ki, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.
ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.
Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.
Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.
A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

Aktual.az
Xəbər 3091 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR