"ATƏT PA ilə Azərbaycan arasında münasibətlər yüksələn xəttlə inkişaf edir" – Azay Quliyev


 "Müəyyən çətinliklərə baxmayaraq, ATƏT Parlament Assambleyası ilə Azərbaycan parlamenti və ölkənin digər qurumları arasında münasibətlər yüksələn xəttlə inkişaf edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu qurumla əməkdaşlığı dinamik xarakter daşıyır: "Bu gün Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ən fəal nümayəndə heyətlərindən biridir. Azərbaycan qurumun işinə çox böyük dəstək, töhfə verir, həmçinin ölkəmizin təşəbbüsü ilə bir neçə ciddi layihələr həyata keçirilib. Bunlardan biri 22 ölkəni birləşdirən İpək Yoluna Dəstək Qrupudur".
 
Aktual.az
Xəbər 747 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR