“ATƏT-in Varşava toplantısında Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyik” - Əhməd Şahidov

“ATƏT-in Varşava toplantısında Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyik”   - Əhməd Şahidov

Sentyabrın 21-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə növbəti illik iclas keçiriləcək. ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin və QHT rəhbərlərinin iştirak edəcəyi bu nüfuzlu beynəlxalq toplantıda insan haqları, demokratiya, şəffaf seçki, fundamental azadlıqlar, dini inanc azadlığı və digər azadlıqlar müzakirə olunacaq.

ATƏT ilə sıx əməkdaşlıq edən və mütəmadi olaraq, beynəlxalq toplantılarda Azərbaycanı təmsil edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun da qatılacağı bu dəfəki müzakirələrdə Azərbaycanla bağlı gərgin çıxışların ediləcəyi gözlənilir: “Ənənəvi olaraq, keçirilən Varşava toplantısı özünün gərgin və sərt çıxışları ilə yadda qalır. Hər dəfə bu ali tribunadan Azərbaycana qarşı qərəzli və təxribat xarakterli çıxışların şahidi olmuşuq. Birinci Avropa Oyunlarından sonra analoji münasibətin təkrarlanacağını təxmin etmək çətin deyil. Odur ki, bir hüquq müdafiəçisi kimi mən də həmin müzakirələrdə yaxından iştirak edəcəm və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəm.”

Dağlıq Qarabağ münaqişəsi və bir milyon məcburi köçkünlə bağlı məsələ qaldıracağını vurğulayan ADİHİ rəhbəri Əhməd Şahidov azərbaycanlı əsirlər, xüsusən də Kəlbəcərdən olan əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı ayrıca çıxış edəcəyini də deyib.

Xəbər 1666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR