"ATƏT-in seçkiləri müşahidə etməkdən imtina etmək hüququ yoxdur"


"Bəzi xarici müşahidəçilər öz maraqlarına uyğun, sifariş əsasında addımlar atır".


Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, seçicilər vətəndaşlıq mövqeyini göstərib, Azərbaycan haqda mənfi fikir formalaşdırılmasının qarşısını almalıdırlar.
M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ilə bağlı qərarına da münasibət bildirib: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkəyə dəvət ediləndə onun bundan imtina etməyə hüququ yoxdur, çünki bu qurum üzv ölkələrin seçkilərini müşahidə etmək üçün yaradılıb".
MSK sədrinin fikrincə, seçki elə tədbirdir ki, burada tərəflər var və onlar öz funksiyalarını yerinə yetirir: "Müstəqil təşkilatlar gəlməyə də bilər. Amma seçkiləri müşahidə etmək Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifə borcudur. Əgər hansısa Avropa ölkəsi barədə belə bir qərar qəbul olunsaydı, bu qurumu seçkiləri müşahidə etməyə məcbur edərdilər".
M.Pənahov hesab edir ki, qurumun belə bir addım atmasında başqa digər qüvvələrin maraqları var.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR