ATƏT-in bəyanatı: Dağlıq Qarabağda keçiriləcək qondarma referendumu tanımırıq

ATƏT-in bəyanatı: Dağlıq Qarabağda keçiriləcək qondarma referendumu tanımırıq

ATƏT-in Minsk qrupu Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçiriblər

"Ölkə.Az" xəbər verir ki, görüş ərzində 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərin nəticələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri və xüsusi məsələlər üzrə səfi İqor Popov, fransalı həmsədr Stefan Viskonti, ABŞ-ın yeni həmsədri Riçard Hoqland və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik hər iki ölkənin xarici işlər nazirləri ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər. Həmsədrlər tərəfləri dözümlülük göstərməyə çağırıblar və münaqişənin ancaq sülh yolu ilə həll edilə biləcəyini vurğulayıblar.

1994-95-ci illərdə imzalanmış, hərbi əməliyyatları başa çatdıran barışıq şərtlərinə qeydsiz-şərtsiz riayət olunmasının vacibliyi vurğulanıb. Həmsədrlər əlavə ediblər ki, güc tətbiqi tərəflərə əziyyət verə bilər.

Səfirlər nazirləri danışıqları bərpa etmək üçün daha çox səy göstərməyə çağırıblar.

Həmsədrlər eyni zamanda bildiriblər ki, 2017-ci ilin 20 fevral tarixinə planlaşdırılan qondarma konstitusiya referendumu Dağlıq Qarabağın son statusunu müəyyənləşdirə bilməz. Bildirilir ki, həmsədrlər 20 fevral tarixində "Dağlıq Qarabağda qondarma konstitusiya referendumu" keçiriləcəyindən xəbərdardırlar. Həmsədrlər bildiriblər ki, nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırlar. Buna uyğun olaraq həmsədrlər 20 fevral referedumunun Dağlıq Qarabağın hüquqi statusuna aid olmadığını bildiriblər. Bu barədə ATƏT-in baş ofisindən məlumat verilib.

Qeyd edək ki, rəsmi Bakı 14 fevral tarixində bu referendumla bağlı açıqlama vermişdi. Bəyanatda bu referendum provakasiya addımı kimi qiymətləndirilmişdi. Çünki qanunsuz referendum Azərbaycan konstitusiyasını, beynəlxalq hüquq və normalarını açıq şəkildə pozmaq mənasına gəlir. Bu səbəbdən heç bir hüquqi gücə malik deyildir.

Görüşün nəticələrinə əsasən məlum olub ki, həmsədrlər mart ayında bölgəyə səfər edəcəklər.

Qeyd edək ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev konfransda iştirak etmək üçün Almaniyaya səfər edib.
 
Aktual.az
Xəbər 825 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR