“Atatürkün heykəlini uçuranlar dərhal cəzalandırılmalıdır!”

“Atatürkün heykəlini uçuranlar dərhal cəzalandırılmalıdır!”

Niyaməddin Orduxanlı : "Böyük Mustafa Kamal Atatürk 350 milyonluq türkün ürəyində heykəl ucaldıb!”. 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Türkiyədə heykəlinin uçurulması Azərbaycanda da mənfi qarşılanıb. Bununla bağlı Aktual.az saytına açıqlama verən BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, qardaş Türkiyədə baş verən hadisəni Azərbaycan cəmiyyəti də çox mənfi qarşılayıb : "Təbii ki, biz bunu mənfi qarşıladıq və baş vermiş hadisəni şiddətlə qınayırıq! Böyük Müstafa Atatürk tək osmanlı türklərinin öndəri, lideri deyil. Kamal Paşamız bütün dünya türklərinin lideridir! O, 1-ci cahan savaşında bütün dünyaya qalıb gəlmiş türk PAŞASIdır! Çağdaş dünyada Türk adının və dövlətinin yaşaması birbaşa Atatürklə bağlıdır! Bu gün biz də  bir oğuz türkü olaraq böyük Atatürkə mənən borcluyuq.  Atatürk 1918-ci ildə erməni-daşnak cəlladlarının Azərbaycanda törətdiyi soyqırımının qarşısını almış şəxsiyyətdir. Onun tapşırığı ilə Osmanlı ordusunda vuruşan türk əsgərləri Azərbaycanı xilas etmək üçün göndərilir. Nuru Paşanın rəhbərliyi altında yaradılan Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas edir. Biz bir millət olaraq heç zaman bunu unutmarıq! Nuru Paşa Bakını ermənilərdən işğal etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Böyük Atatürk Azərbaycanı da XİLAS etmiş xilaskardı! Düşünürəm ki, qardaş Türkiyə rəsmiləri baş vermiş hadisəni qısa zaman ərzində araşdıracaq və bu cür təxribatları törədənləri qanun qarşısına çıxardacaq! Bunu edənlər bilsinlər: ATATÜRK 350 milyonluq TÜRK xalqının ürəyində özünə böyük heykəl ucaldıb!”
Xəbər 1845 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR