Ata-bala 31 yaşlı kişini baltaladı

Ata-bala 31 yaşlı kişini baltaladı

Yardımlı rayonunda baltalanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü yerli sakin Rzayev Xəqani Yasər oğlu rayon kəndlərindən birində mübahisə zəminində həmyerliləri olan ata və oğul - Ağayev Ağali Baladadaş oğlu və Ağayev Vüsal Ağali oğlu tərəfindən balta ilə vurulub.
O, baş və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlər məsuliyyətə cəlb olunub.
Hadisənin həmyerlilər arasında uzun sürən ədavətlə əlaqəli olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR