Ağsuda həkim iş yerində öldü

Ağsuda həkim iş yerində öldü

Ağsu rayonunda həkim iş yerində ölüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verib. 
Rayon sakini, 1960-cı il təvəllüdlü Namidar Quliyev səhər saatlarında iş yerində dünyasını dəyişib.
O, xəstəxanda diş həkimi işləyirmiş. N.Quliyev səhər saatlarında işə gəlib öz otağında olarkən qəfildən halı pisləşib və vəfat edib. 
Onun ürək tutmasından dünyasını dəyişdiyi güman olunur.
Faktla bağlı araşdırma aparılır. 
Xəbər 679 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR