Astana aeroportu müvəqqəti bağlandı

Astana aeroportu müvəqqəti bağlandı
  • DÜNYA

Astana (Qazaxıstan) aeroportu bu gün səhər qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanıb.

"Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.
"Astana şəhərindəki Nursultan Nazarbayev beynəlxalq hava limanı qeyri-sabit hava şəraiti səbəbindən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə yerli vaxtla saat 13:00-dək bağlanıb. Sərnişinlərə aviaşirkətlər vasitəsilə uçuşlar haqqında məlumatları dəqiqləşdirmələri məsləhət olunur”, - deyə xəbərdə qeyd olunub
Astanada səhərdən güclü küləklə müşayiət olunan qar yağır, yollarda görmə məhdudiyyəti müşahidə olunur. Məktəblərdə birinci növbədə olan I-XI siniflərin dəsrləri təxirə salınıb.
Qeyd edək ki, bu gün saat 22:50-də "Air Astana” aviaşirkətinin Astana-Bakı marşrutu üzrə reys həyata keçirəcək təyyarəsi saat 23:50-də əks istiqamətdə yola düşəcək və bu reyslərlə bağlı hələlik heç bir xəbərdarlıq yoxdur.
 
Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR