AST Telmanın obyektlərində axtarış aparılır

AST Telmanın obyektlərində axtarış aparılır
  • DÜNYA

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı iş adamı Telman İsmayılova məxsus 12 ünvanda axtarışlar aparır.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Dobrovinski məlumat verib.
Vəkilin sözlərinə görə, axtarışlara onlarla adam cəlb edilib.
Axtarışların səbəbi məlum deyil.
Qeyd edək ki, ötən ay Moskvada Apellyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.

Aktual.az 
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR