“Aslan İsmayılovun əsl adı “Allahverdi” imiş”- ŞOK SƏNƏD

“Aslan İsmayılovun əsl adı “Allahverdi” imiş”- ŞOK SƏNƏD

"Sən demə, o, "Aslan” yox, "Allahverdi” İsmayılov imiş. Yəni, doğulandan sonra valideynləri ona "Aslan” yox, "Allahverdi” adını qoyublarmış”.

Bu barədə Aktual.az saytına tanınmış jurnalist Taleh Şahsuvarlı məlumat verib. 
Onun sözlərinə görə, hazırda "Aslan İsmayılov” kimi tanınan şəxs vaxtilə öz adını dəyişib:
"Əlbəttə, hər hansı bir şəxsin öz adını, soyadını, atasının adını dəyişməsi qanuni prosedurdur. Bu cür dəyişiklik etmək qanuni baxımdan sovet zamanı da mümkün idi. Lakin bir insanın öz adını dəyişməsinin həmişə müəyyən sosial-psixoloji səbəbləri olur. Mənim üçün məsələnin məhz bu tərəfi maraqlıdır”.
Sözlərinə davam edən Taleh Şahsuvarlı bildirib ki, bir insanın öz adından narazı olması onda müəyyən pisxoloji təlatümlər yaradır, onun sosiallaşmasına neqativ təsir göstərir:
"İstənilən psixoloqdan soruşun, məsələyə bu cür aydınlıq gətirəcək. Görünür, bu travmaların nəticəsidir ki, Aslan İsmayılov ayrı-ayrı adamların adını, soyadını düz tələffüz etməkdən çəkinir. Ancaq daha maraqlısı odur ki, o özünə "Aslan” adını qoyub. Ancaq bütün bioqrafiyası bu adı doğrulda bilməyib”. 
Taleh Şahsuvarlı onu da vurğulayıb ki, Allahverdi İsmayılovun valideynlərinin qoyduğu addan imtina etməsi onun karyera hərisliyi ilə bağlı ola bilər:
"Həmin sənədləri mənə təqdim edən qaynaq bu ehtimalı istisna etmədi. Belə ki, Allahverdi İsmayılov öz adını tornaçı işlədiyi zamanlarda dəyişib. Ali təhsil almağa, hüquq-mühafizə orqanlarında çalışmaq istəyirmiş. O dövrdə dini məzmunlu adlar Kommunist Partiyası tərəfindən bəyənilmirdi. Görün, bu adamın karyera hərisliyi hansı həddə olub ki, valideynlərinin ona qoyduğu, məzmununda "Allah” anlayışını daşıyan isimdən də imtina edib. Karyera, şöhrət, pul naminə adından da imtina edən birindən hər şey gözləmək olar. Necə ki, həmin Allahverdi İsmayılov Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində dövlət ittihamçısı olaraq soydaşlarımıza ölüm hökmü tələb etmişdi”.

 


Xəbər 4781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR