"ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi başladı


İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi prosesinə başlayıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

İlk lisenziyalar sərnişin daşımaları və beynəlxalq yük daşımaları ilə məşğul olan sahibkarlara verilib.

S.Məmmədov qeyd edib ki, "ASAN xidmət" mərkəzləri noyabrın 2-dən lisenziya müddətləri başa çatan sahibkarlardan müraciətləri qəbul etməyə başlayıb: “Bu gün isə biz həmin müraciətlər üzrə lisenziyaların verilməsinə başlayırıq”.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR