“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq "ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Xidmətdən verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.
 
Belə ki, bundan sonra "ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, "ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq. 
 
Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR