AŞ PA həmməruzəçiləri Azərbaycana gəlir

AŞ PA həmməruzəçiləri Azərbaycana gəlir

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-nə kimi Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.

Aktual.az  xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidmətindən APA-ya məlumat verilib.

Məlumata əsasən, səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.

Onların vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR