Arvadının qətlini sifariş verən sahibkar və killerə 32 il cəza - (EKSKLÜZİV FOTO)

Arvadının qətlini sifariş verən sahibkar və killerə 32 il cəza  - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Elşad Həsənov və Rüstəm Rzayevin CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il yanvarın 10-da Sabunçu RPİ 15-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları Zabrat qəsəbəsində, yaşadığı evdə üzərində zorakılıq əlamətləri ilə Bakı şəhər sakini, 48 yaşlı Sevil Rzayevanın meyitini aşkar ediblər. İsti izlərlə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb. Mərhumun əri Rüstəm Rzayev və onun tanışı Elşad Həsənov saxlanılaraq, məsuliyyətə cəlb olunublar.  

İstintaqla müəyyən edilib ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmaq qərarına gəlib. Ərinin ondan boşanmasında israrlı olduğunu görən qadın isə yoldaşından, ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. Qeyd edək ki, sahibkarlıq fəaliyyəti ilə məşqul olan Rzayevin Zabrat-Maştağa yolunun kənarında böyük ticarət obyekti olub və o, əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşqul olub.
Beləliklə də, arvadının sözlərindən sonra Rüstəm onun ölümünü planlaşdırıb, çünki boşandıqdan sonra mülkündən pay vermək istəməyib. Qətli həyata keçirmək üçün o, Elşad Həsənova 2000 manat verib. Ayın 9-da evdən çıxarkən Rzayev Həsənova zəng vurub xəbər edib ki, Sevil evdə təkdir. Bundan sonra Elşad evə gələrək qadının boğaz və döş nahiyyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq, onu qəsdən həyatdan məhrum edib. 

Məhkəmənin hökmü ilə E.Həsənov və R.Rzayev 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. 
 






Xəbər 8075 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR