Artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb

Artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb

2016-cı ildə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 221 xəstə, bu ilin 9 ayı ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən stasionar müalicə alıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanasında Ümumdünya artrit xəstəliyi ilə mübarizə gününə həsr edilmiş tədbirdə deyilib.
Tədbirdə qeyd edilib ki, artrit oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, oynaqların formasının dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur:

"Dünyada 10 milyonlarla insan artritin bu və ya digər növlərindən əziyyət çəkir. Son 20 ildə artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda olan insanlarda rast gəlinə bilər. Ancaq yaşlı adamlarda daha çox müşahidə olunur".
 
Aktual.az 
Xəbər 38 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR