“Artan qiymətlər bir il ərzində sürətlə ucuzlaşacaq” – Vüqar Bayramov

“Artan qiymətlər bir il ərzində sürətlə ucuzlaşacaq”   – Vüqar Bayramov

Məlum olduğu kimi, Azərbaycan dövləti daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görməyə başlayıb. Hesab olunur ki, yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərəcək.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün bir neçə yol var: “Birincisi, yerli istehsalın artırılmalıdır. Əgər bu baş verərsə, ölkəyə xaricdən gətirilən məhsullara tələbat azalacaq. İkincisi isə bu istiqamətdə tədbirlərin həyata keçirilməsidir. Əvvəla kənd təsərrüfatında kooperativ və kooperasiyaların yaradılmasına ehtiyac var. Belə olarsa aqrar sektorda həm xərclərin azalması reallaşacaq, həm də Azərbaycana xeyir verən məhsullar bazara daha çox çıxarılsın. Bu əsas hədəf olmalıdır”.

V.Bayramov hesab edib ki, xərclərin azaldılması ilə bağlı atıla biləcək addımlar birmənalı şəkildə Azərbaycanda yerli istehsalın stimullaşdırılmasına xidmət etməlidir: “Güzəştli kreditlərinin verilməsi, neft güzəştlərinə baxılması və s. bütün bunlar yerli istehsalın güclənməsinə xidmət edəcək. Üçüncüsü isə ölkə idxalının tamamiylə viberallaşdırılmasıdr. Sevindirici haldır ki, artıq bununla bağlı addımlar atılıb. İdxalda monopoliyanın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır”.

Ekspertin fikrincə, məqsəd yeni sahibkarların yaradılması və onların idxalla məşğul olmasına nail olmaqdan ibarətdir: “Bunlarsa idxalda rəqabət yaranacaq. Bu isə daxili bazarda qiymətlərin tənzimləməsinə imkan verəcək. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətlərin genişlənməsi daxili bazarda qiymətlərin təbii yolla tənzimlənməsinə gətirəcək. Əgər proses liberallaşarsa, o zaman artıq süni qiymət artımı anlayışı da sıradan çıxacaq. Belə olarsa dövlətin inzibati müdafiəsinə ehtiyac qalmayacaq. Və nəticədə qiymətlər sürətlə aşağı salınacaq”.

V.Bayramov onu da əlavə edib ki, bütün bu problemlərin aradan qaldırılması və həlli istiqamətində bir ildən az vaxt tələb olunacaq: “Bu ortamüddətli hədəfdir və zaman tələb edir. Amma addımlar bu gün atılmalıdır”.

Xəbər 833 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR