"Arsenal" klubu Arda Turanı transfer etmək istəyir


Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan İngiltərə "Arsenal"ına keçə bilər.
 
"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, "kanonirlər"in baş məşqçisi Arsen Venger 30 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.
London təmsilçisi Arda üçün 25 milyon avro ödəməyə hazırdır. Təcrübəli oyunçunu "Qalatasaray" da heyətinə cəlb etmək istəyir. Amma İstanbul klubunun bu qədər vəsaiti ödəmək imkanının olmadığı bildirilir.
Qeyd edək ki, "Barselona"ya Ernesto Valverdenin baş məşqçi təyin olunmasından sonra Arda Turanın transferə çıxarılacağı bildirilir. O, ötən mövsüm La Liqada 14 oyunda meydana əsas heyətdə çıxıb.  
 
Aktual.az
Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR