Arsenal" Arda Turanı almaq istəyir

Arsenal

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
 
Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə "Arsenal" yaxından maraqlanır.

"Topçular" 30 yaşlı futbolçunu yayda heyətlərinə qatmağı planlaşdırırlar. Tərəflər arasında görüş keçirildiyi və müqavilənin detallarının müzakirə olunduğu bildirilir.

"Arsenal" rəhbərliyi Ardanı hələ də yeni sözləşməyə qol çəkməyən və mövsümün sonunda London klubunu tərk edəcəyi gözlənilən Məsut Özilin yerinə transfer etmək niyyətindədi. Danışıqlar müsbət nəticələnsə, bu keçid ingilislərə 20 milyon funt-sterlinqə başa gələcək.
 
Qeyd edək ki, karyerası ərzində "Qalatasaray", "Manisaspor" və "Atletiko" (Madrid) klublarının da formaısnı geyinmiş Arda Turan 2015-ci ildən "Barselona"nın üzvüdü.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR