ARP-də kadr dəyişikliyi: Rusiyada azərbaycanlıları təşkilatlandıran şəxs xüsusi posta gətirildi

ARP-də kadr dəyişikliyi: Rusiyada azərbaycanlıları təşkilatlandıran şəxs xüsusi posta gətirildi
  • DÜNYA

Azərbaycan Respublikaçılar Partiyasında (ARP) kadr dəyişikliyi olub.

Partiyadan verilən məlumata görə, ARP sədri Sübut Əsədovun avqustun 15-də verdiyi sərəncamla Mirkazım Seyidov birinci müavin təyin edilib.

Mirkazım Seyidov Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyəti ilə tanınır. Həmçinin, o, Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında xüsusi xidmətləri olan şəxsdir.

Məlumata görə, hazırda S.Əsədov məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini M.Seyidov həyata keçirir.

ARP sentyabr ayında Bakı kəndlərində görüşlər təşkil edəcək. Məlumata görə, partiya bu görüşlərə ciddi şəkildə hazırlaşır.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR