Arıqlamağın ən asan üsulları

Arıqlamağın ən asan üsulları

Elmi şəkildə sübut olunmuş üsulları oxusanız uzunmüddətli detokslar, aclıq, sizi bədbin edən dieta proqramlarından canınız qurtaracaq.

AzNews.az xəbər verir ki, bu üsullarla tam arıqlaya biləcəksiniz. Uzunmüddətli pəhrizlər ve bahalı idman zallarını bir kənara buraxaraq bu arıqlama üsullarına nəzər salın. Bu məsləhətlərin sayəsində həm arıqlayacaqsınız, həm də sağlam yaşayacaqsınız. Uzun vaxt aparan reseptlər, detokslar ve son zamanlarda dəbdə olan olan əməliyyatlar yerinə ağrısız, əsəbləri pozmayan bu üsullarla arıqlamaq daha asan olacaq.
1. Bol su için!
İçməli su 1-1.5 saat ərzində metabolizmanın surətini 24-30% artırır. Bu daha çox kalori deməkdir.
2. Səhər ən azı 1 yumurta yeyin!
Az yağlılığı və yüksək proteini olan yumurta xüsusilə səhərlər, ac oyandığınız zaman gözəl başlanğıcdır. Az yağlılığı olan omlet də səhər yeməyində faydalıdır. Verəcəyiniz çəkiyə görə, yumurtanın sayını 2, yaxud 3 də edə bilərsiniz.
3 Qəhvə için!
Qəhvə ətrafında bir çox müzakirələr olub, eyni zamanda tərkibində xeyli antioksidant olan qəhvə metabolizmi sürətləndirir. Araşdırmalar göstərir ki, qəhvədə olan kofein maddələr mübadiləsinin 3-11% artmasına səbəb ola bilər və həmçinin yağın yanma səviyyəsini 10-29% artıra bilər. Ancaq, bu qəhvə Türk qəhvəsi və ya tərkibində əlavə qatqılar olmayan qəhvə olmalıdır. Unutmayaq ki, bazarda istehlak edilən bəzi qəhvələrdə qatqı maddələr çoxdur.

4. Gündə ən az bir fincan yaşıl çay için!
Yaşıl çay yağları yandıran kofein və güclü antioksidanlarla zəngindir. Unutmayın ki, metabolizmanı ən çox sürətləndirən yaşıl çaydır.
5. Qidanı kokos yağı ilə bişirin.
Tədqiqatın nəticələri: Orta zəncirli trigliseridlərlə zəngin olan Kokos yağı gündə 120 kalori ilə metabolik dərəcəni artırır və günlük kalori alımını 256 kalori azaldır.

6. Şəkərlə vidalaşın…
Xüsusilə çaya, qəhvəyə şəkər əlavə etməyin.
7.Karbohidratlardan uzak durun!
Un məmulatları ilə vidalaşın. Çörək, tort, şirniyyat qanda şəkərin artmasına səbəb olur.
8. Gün ərzində yediklərinizin siyahısını tutun. Bununla da qidalanmanızı idarə edin.
9. Anidən ac olduğunuz vaxt əlinizin altında sağlam qidalar olsun. Məsələn meyvələr, fındıq, çərəzlər, yoğurt və s.
10. Acı bibər yeyin!
Acı bibər metobolizmanı ən sürətlə artıran qidalar sırasındadır.

Xəbər 900 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR