ARDNF bu il aktivlərini 2 mlrd. dollara yaxın artırıb

ARDNF bu il aktivlərini 2 mlrd. dollara yaxın artırıb

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təxminən 2 mlrd. ABŞ dolları artıb.


"Report” xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bildiyiniz kimi dünya bazarında neftin qiyməti bizim proqnozlaşdırdığımızdan yüksəkdir. Təbii ki, bu da Fondun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Artımın hansı məbləğdə olacağı isə neftin qiymətindən asılıdır. Əgər ilin sonunda I rübün göstəricilərinə uyğun nəticələr olarsa, məbləğ yüksək olacaq. I rüb ərzində Fondun vəsaitlərində 2 mlrd. dollara yaxın artım olub”,- deyə o, qeyd edib.

 
Aktual.az
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR