Arda Turandan REKORD TRANSFER

Arda Turandan REKORD TRANSFER

Çinin "Quanqzu Everqrande" klubundan fantastik təklif alan Arda Turanın taleyi müəyyənləşir.

Türk futbolçunun gələcəyi yaxın günlərdə müəyyənləşəcək.
Çinlilərdən 50 milyonluq təklif alan "Barselona" Ardanı satmağa razıdı. Hər fürsətdə İspaniyada qalmaq istədiyini dilə gətirən futbolçu özü isə düşünmək üçün iyulun 12-dək vaxt istəyib. Həmin gün "Barselona" yeni mövsümün hazırlıqlarına start verəcək. Arda baş məşqçi Ernesto Valverde ilə görüşərək onun özü haqqında fikirlərini öyrənəcək və qərarını verəcək.
Türk futbolçu bu transferi qəbul etsə, dünyanın ən çox qazanan futbolçulardan biri olacaq. Belə ki, "Quanqzu Everqrande" ona illik 20 milyon avro maaş təklif edir. Arda təklifi qəbul etsə, Karlos Tevez, Oskar və Kriştiano Ronaldodan sonra dünyanın ən çox qazanan 3 futbolçusundan biri ola bilər. Hazırda Lionel Messi və Halk da illik 20 milyon avro maaş alır.
Dünyanın ən çox maaş alan futbolçuları
1. Karlos Tevez (Şanxay Şenhua) - illik 40 milyon avro
2. Oskar (Şanxay SIPG) - illik 24 milyon avro
3. Kriştiano Ronaldo (Real) - illik 21 milyon avro
4. Lionel Messi (Barselona) - illik 20 milyon avro
5. Halk (Şanxay SIPG) - illik 20 milyon avro
6. Neymar (Barselona) - illik 19 milyon avro
7. Zlatan İbrahimoviç (Mançester Yunayted, hazırda klubsuz) - illik 16 milyon avro
8. Qraziano Pelle (Şandonq Lunenq) - illik 16 milyon avro
9. Qaret Beyl (Real) - illik 15 milyon avro
10. Robert Levandovski (Bavariya) - illik 15 milyon avro. (fanat.az)
 
Aktual.az
Xəbər 607 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR