“Aprel döyüşləri ordunun gücünü, birliyini göstərən qələbədir” - Əli Həsənov

“Aprel döyüşləri ordunun gücünü, birliyini göstərən qələbədir” - Əli Həsənov

Aprel qələbələrindən 1 il ötür. Bu döyüşlər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov CBC-yə müsahibəsində deyib ki, aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqətləri bu münaqişəyə cəlb edib. 
Bir daha göstərib ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. 
Əli Həsənov aprel döyüşlərini dövlətin, xalqın, ordunun gücünü, birliyini göstərən qələbə kimi qiymətləndirib.
 
Aktual.az
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR