“Apple” və “Facebook” Meksika zəlzələsindən zərərçəkənlərə 1 milyon dollar ayırdı

“Apple” və “Facebook” Meksika zəlzələsindən zərərçəkənlərə 1 milyon dollar ayırdı
  • DÜNYA

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib ki, nəticədə 40-a yaxın bina uçub və 230 nəfərdən çox insan ölüb

Lent.az-ın "ixbt.com” saytına istinadən verdiyi məlumata görə, "Apple” şirkəti Meksika hökumətinin hesabına 1 milyon dollar keçirdiyini bildirib. Bu pullar dağıntıların aradan qaldırılmasına və zəlzələdən zərərçəkənlərə xərclənəcək. 
Bundan əvvəl isə "Apple” şirkəti "Harvi” və "İrma” qasırğasından zərər çəkənlərə 8 milyon dollardan çox vəsait ayırıb. 
Analoji olaraq Meksika sakinlərinə "Facebook” şirkəti də 1 milyon dollar həcmində maliyyə yardımı göstərib. 
 
Aktual.az

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR