Aparıcı Çiçəyin anasının müğənni olduğu ortaya çıxdı — VİDEO


Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkasın anası Sevda Vəliyevanın bir vaxtlar müğənni olduğu ortaya çıxıb. 

Aktual.az  Axşam.az-a istinadla xəbər verir ki, S.Vəliyeva bu haqda "5/5” verilişində deyib.  

O, 20 ildən sonra Zaur Kamalın qonağı olub. S.Vəliyeva həyəcanlı olduğunu bildirib:

"15 yaşım var idi, Bakı kəndlərində mahnı oxuyurdum. Türk mahnıları ifa etməyə başladım, ondan sonra adım "Turetski Sevda” qaldı. Sonra ailə həyatı qurdum, sənətdən uzaqlaşdım”.

S.Vəliyeva Zaur Kamalın onun sözü ilə işə götürüldüyünü söyləyib:

"Qızım radioda işləyəndə ona həmişə yol göstərir, məsləhətlər verirdim. Bir gün prodüser Çinar bəy zəng etdi ki, səs var qulaq asın. Zaur Kamalın səsi idi. Çinar bəy soruşdu ki, "Məsləhət bilirsinizsə, bu uşağı işə götürək”. Dedim, götürün, canavar kimi uşaqdır. Sən məni utandırmadın”.

Xəbər 1177 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR