Antarktidada naməlum piramidalar aşkar edilib

Antarktidada naməlum piramidalar aşkar edilib

Alimlər qeyd ediblər ki, Antarktidada aşkar edilmiş piramidalar düz formalara sahib olduqlarına görə təbii yolla yarana bilməzdilər.

Quruluşlarına görə Misir piramidalarını xatırladan sirli tikililər alimlər tərəfindən Atarktidanın landşaftını müşahidə edən zaman aşkar ediliblər.

Aktual.az technote.az-a istinadən bildirir ki, bu kəşfdən sonra mütəxəssislər əmindirlər ki, Antarktida həmişə buzlaqlarla örtülmüş bir materik olmayıb. Yəni nə vaxtsa həmin yerdə digər sivilizasiyanın nümayəndələri öz həyatlarını sürürdülər. Bu fakt isə Antarktida ilə bağlı bütün elmi təsvirlərin kökünü dəyişir. "Biz, Misir piramidalarını xatırladan naməlum obyektlərdən söhbət edirik. Bizim ilkin tədqiqatlarımınz göstərdi ki, həmin obyektlər düzgün formada yaranmışdır. Yəni onları insanlar yaradıblar. Bu halda obyektlərin təbii şəraitdə yaranmaqları barədə heç bir söhbət belə ola bilməz" - deyə alimlərdən biri qeyd edib. Alimlərin fikrincə həmin piramidalar, Atarktida hələ cəngəlliklər ilə örtülmüş vaxtlarında inşa olunublar. Hal-hazırda alimlər naməlum tikililər haqqında faktların əldə olunacağı ekspedisiyaya hazırlaşırlar. Əsasən alimlər bir vaxtlar Antarktidada yaşamış qədim irq haqqında məlumatları əldə edəcəklərinə ümid edirlər.
 
Aktual.az
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR