ANS-in məşhur aparıcısı övladını İTİRDİ - FOTO

ANS-in məşhur aparıcısı övladını İTİRDİ - FOTO

ANS telekanalında yayımlanan "Kamerton" musiqili verilişi ilə məşhurlaşan aparıcı Gülnarə Məmmədova övladını itirib.

Bu barədə 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə ailə quran aparıcı sosial şəbəkədə məlumat verib.
O, hamiləliyin sonuncu aylarında düşük yaşadığını bildirib. Aparıcı qızı itirməsi ilə bağlı təsirli status yazıb:
"Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan..."

Məlumat üçün bildirək ki, bu, Türkiyə vətəndaşı ilə ailə quran teleaparıcının ikinci evliliyidir./Publika.az




Xəbər 751 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR