Anjey Kaspşik: "Vəziyyətin gərginləşməsindən narahatıq"

Anjey Kaspşik:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.

APA-nın “Panarmenian” saytına istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində vəziyyət müzakirə olunub.

A.Kaspşik vəziyyətin mütəmadi şəkildə pisləşməsindən narahatlığını bildirib, gərginliyin aradan qaldırılması üçün lazımı addımların atılacağını deyib.

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR