Anası tərəfindən zəhərlənən 5 yaşlı uşağın ölümünün TƏFƏRRÜATLARI

Anası tərəfindən zəhərlənən 5 yaşlı uşağın ölümünün TƏFƏRRÜATLARI

Qusarın Hil kəndində 5 yaşlı övladına dərman verərək öldürən Gülnarə Saypullayeva barədə kənd icra nümayəndəsi Adil Paşayev "Ölkə.Az"-a danışıb.

İcra nümayəndəsi bildirib ki, G.Saypullayeva qonşu İmamqulu kəndindən işləməyə gəlibmiş:

"Burada fermada işləməyə gəlmişdi. Çox da insan arasına çıxmırdı. Həyat yoldaşı isə Şirvanovka kəndindəndir. Bildiyimə görə yeganə övladları imiş. Rafiq Rəhmanov adlı şəxsin fermasında işləyirdi". 

Qusar Rayon Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, xəbəri APA yayıb. Bildirilir ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
 
Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.
 
Aktual.az
Xəbər 657 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR