Anası qəbirdən durub Məleykəyə dedi ki...

Anası qəbirdən durub Məleykəyə dedi ki...

Xalq artisti Məleykə Əsədova anasının vəfatı zamanı keçirdiyi ağrı-acı hisslərini tamaşaçılarla bölüşüb.

Aktual.az big.az-a istinadən xəbər verir ki, "10-dan sonra" verilişində qonaq olan aktrisa hisslərini dilə gətirib: 

"Anam dünyasını dəyişəndən sonra o qədər göz yaşı tökürdüm ki... Bir gün yuxuda gördüm ki, anamı aparırlar qəbrə qoymağa, suyun içərisindədir. Mənə qayıtdı ki, Məleykə, sən məni rahat yatmağa qoymursan. O qədər ağlayırdım ki... Qəbirdən durdu, əlini mənim bədənimə çəkdi, dedi ki, sənə bir qız övladı verirəm, get başın qarışsın. Anam dünyasını dəyişəndə mən hamilə idim". 
 
Aktual.az
 
]
Xəbər 5379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR