Anası ilə mübahisə edən qız intihara cəhd etdi

Anası ilə mübahisə edən qız intihara cəhd etdi

Ağdaş rayonunda anası ilə dalaşan qız dərman içərək intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirəzə kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Məryəm Arzuman qızı İsmayılova ailə münaqişəsi zəminində dərman peraparatları qəbul edərək özünü zəhərləyib. Hadisədən bir neçə dəqiqə sonra M.İsmayılovanı huşsuz vəziyyətdə görən yaxınları dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətiriblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.İsmayılovanın vəziyyətinin normaldır ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.İsmayılova ailəlidir, 3 azyaşlı övladı var.
 
Aktual.az
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR