Ana 8 aylıq körpəsi ilə yoxa çıxdı - AZƏRBAYCANDA

Ana 8 aylıq körpəsi ilə yoxa çıxdı  - AZƏRBAYCANDA

Masallı rayonunda ana və körpəsi itkin düşüb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Hüseynhacılı kənd sakini Quliyeva Ramilə Yusif qızı noyabrın 13-də gecə saatlarında qızı, 8 aylıq Zarina ilə evdən çıxaraq naməlum istiqamətə gedib.

Həmin vaxtdan etibarən R.Quliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.

Yaxınları R.Quliyevanın və körpəsinin xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri davam etdirilir.

Ana və körpəsi barədə məlumatı olanlar Masallı rayon Polis Şöbəsinin aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilər.

021 255 61 34

070 942 55 48

Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR