Amerika İranla bağlı nüvə sazişini dəyişmək niyyətindədir

Amerika İranla bağlı nüvə sazişini dəyişmək niyyətindədir
  • DÜNYA

ABŞ Administrasiyası prezident Donald Trampın vədinə əməl etmək və İranın nüvə proqramı üzrə birgə ətraflı fəaliyyət planında dəyişikliklər etmək niyyətindədir.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson cümə günü dərc olunan "Associated Press"ə müsahibəsində deyib.
"Prezident bildirdi ki, onu (İranın nüvə proqramı üzrə saziş – red.) ya dəyişməyə, ya da ləğv etməyə hazırlaşır. Hazırda biz onun vədinə əməl etməyə və onu düzəltməyə çalışırıq", - deyə dövlət katibi söyləyib.
Onun sözlərinə görə, bunun üçün lazım olan dəyişikliklər ölkə qanunvericiliyinə gələn həftə edilə bilər.
 
Aktual.az
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR