AMEA-dan yeni müsabiqə

AMEA-dan yeni müsabiqə

AMEA Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına namizədliklə bağlı müsabiqə keçirir.

Aktual.az  xəbər verir ki, müsabiqə AMEA Rəyasət Heyətinin "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalara” uyğun keçirilir.
Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, Akademiyanın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsi ilə bağlı sənədləri martın 17-dək AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502) təqdim edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə Nizami Gəncəvi adına Qızıl medala namizəd kimi irəli sürülməsinə yol verilmir.
 
Aktual.az 
Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR