AMEA alimlərinin “Şuşa səfəri”ni kim təşkil edib? - Deputatların adı hallanır

AMEA alimlərinin “Şuşa səfəri”ni kim təşkil edib? - Deputatların adı hallanır

Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup aliminin üzləşdiyi dələduzluq olayı ilə bağlı yeni təfərrüat məlum olub.

Aktual.az Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlərin Şuşa səfərinin təşkilatçısı əslində Əlvan Cəfərov adlı şəxs deyil. İddiaya görə, səfəri AMEA-nın bir neçə institutu təşkil edib. Bu sırada Qafqazşünaslıq İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun adları çəkilir.

İddia ilə bağlı sayta danışan Qafqazşünaslıq İnstitunun direktoru, deputat Musa Qasımlı deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: "Bu məlumatın heç bir əsası yoxdur. Biz elə işlərlə məşğul olmuruq. Kim yayıb, harda yayılıb bu məlumat? Mənim ümumiyyətlə bu hadisədən xəbərim yoxdur. Əgər bizim institutun bu işə hər hansı formada aidiyyatı olsa idi xəbərim olardı”.

Olayda AMEA-nın vitse-prezidenti akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin də adı hallandırılır. Onun mövqeyini öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Əlvan Cəfərov adlı şəxs alimlərə Şuşada elmi konfrans təşkil edildiyini deyib, alimlər də böyük həvəslə bu konfransda iştirak etmək istəyiblər.

Konfransda iştirak ödənişli əsaslarla olub. 470 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək.

AMEA-nın baş elmi işçisi Səltənət Ağayeva isə açıqlamasında qeyd edib ki, bütün bu olanlardan sonra Əlvan Cəfərovla əlaqə saxlaya bilmirlər.
Xəbər 4053 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR