Alman nazirdən etiraf: Türklərin bizə ehtiyacı yoxdur

Alman nazirdən etiraf: Türklərin bizə ehtiyacı yoxdur

Türk xalqının bizim tövsiyəmizə qətiyyən ehtiyacı yoxdur

Axar.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel "Reiniş Post”a müsahibəsində deyib.

Nazir AB ilə Türkiyə arasındakı üzvlük müzakirələrinin dondurulmasının əleyhinə olduğunu bildirib:

"Türkiyə ilə müzakirələri dayandırmaqla bağlı səsləndirilən iddialar bizi irəliyə apara bilməz. Sonrakı günlər hər zaman var. Türkiyə ilə danışacağımız mövzular heç zaman bitmir. Avropadan daha çox uzaqlaşıb-uzaqlaşmamaq isə Türkiyənin qərarıdır”.

Qeyd edək ki, sonra günlər Türkiyənin AB-yə üzvlüyü ilə bağlı aparılan müzakirələrin dayandırılacağı deyilir. Ziqmar Qabriel isə dəfələrlə Türkiyə əleyhinə siyasətə qarşı çıxıb.
 
Aktual.az
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR