Allahşükür Paşazadə Rusiyaya gedir

Allahşükür Paşazadə Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına səfər edəcək

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir.

A. Paşazadə Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransda da iştirak edəcək.

Bundan başqa, səfər çərçivəsində o, sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR