Allahşükür Paşazadə: "Bəzi şəxslər dindən şou düzlədir"

Allahşükür Paşazadə:

"Bəzi insanlar kolbasaları halal adı ilə hər yerdə təbliğ edirlər. Əgər halaldırsa, bunun əleyhinə deyiləm. Kalbasaların hazırlanması şəriətə uyğundursa, onu yemək olar. Amma ehtiyatlı olmaq lazımdır. Bəzi insanlar var ki onlar üçün qidanın halal və ya haram olması önəmli deyil. Halalı kim təsdiq edir? Bunu edənlər axirəti düşünmürlər".


"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O, bəzən televiziyalarda ilahiyyatçı adı ilə çıxış edən şəxslərə də irad tutub: "Axı onlara bu adı kim verib? Bəlkə də onların içərisində yaxşıları da var. Amma çoxu ilahiyyatçı adından istifadə edir. Bizə müraciət edən televiziyalar var, onlarla müqavilələr bağlanılıb. Din xadimləri efirlərə hazırlaşmalıdır. Lakin bu şəriətə uyğun olaraq olmalıdır. Bəzən dindən şou kimi danışırlar, bu dinə, dindara yaraşmır. Şou olan verilişlərə çıxmaq lazım deyil. Verilişlərdə dinlə bağlı ad almaq üçün çıxış etməyə ehtiyac yoxdur və bu düzgün deyil".

 
Aktual.az
Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR