Alimlərdən yeni kəşf — İtin aqressivliyi sahibinin davranışından asılıdır

Alimlərdən yeni kəşf — İtin aqressivliyi sahibinin davranışından asılıdır
  • DÜNYA

Vyana universietinin mütəxəssisləri yeni araşdırma aparıblar


"Ölkə.Az" xəbər verir ki, araşdırma nəticələrinə əsasən, itlərdə stressin yaranma səbəbi sahibinin əsəbi davranışlarıdır.

Əsəbi və pessimist sahibinin davranışlarını müşahidə edən it ətraf ünyanı daha təhlükəli qəbul edir. Buna görə də, belə itlər daha aqressiv olur.

Aparılan təcrübədə 132 it və sahibi iştirak edib. Tədqiqatçılar xüsusi stress vəziyyətləri formalaşdırdılar. Heyvanlar bu vəziyyətlərdən həm sahibləri ilə həm də tək keçdilər. Sahibləri aqressiv və əsəbi olan itlər stresslə mübarizə apara bilməyiblər.

Sakit təbiətli insanların itləri də sakit təbiətli olur. Alimlərin fikrinə görə, çətin vəziyyətlərdə itlərin reaksiyasına onların sahibinin davranışı böyük təsir edir.
 
Aktual.az
Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR