Alimlərdən yeni iddia — 10 il sonra...

Alimlərdən yeni iddia — 10 il sonra...
  • DÜNYA

Böyük Britaniyanın Nortumbriya universitetinin alimləri bəyan ediblər ki, 10 il sonra Yer planetində qlobal soyuqlar düşəcək

Aktual.az "Ölkə.Az"a istinadən  xəbər verir ki, alimlər Günəşdə baş verən proseslərin riyazi modeli əsasında belə bir proqnoz veriblər. 2022-ci ildə günəşin aktivliyi pik nöqtəsinə çatacaq. Günəş Maundera minimumundan keçəcək. Anoloji hadisəni bəşəriyyət XVII əsrdə yaşayıb. 

Yer planetində temperaturun əsas tənzimləyicisi Günəş enerjisinin şüalarıdır. Bu isə planetlə ulduz arasındakı məsafədən asılıdır. Məsafə müntəzəm olaraq dəyişir. Bir neçə il əvvəl Günəşlə Yer arasındakı məsafə minimum həddə çatmışdı. Bu səbəbdən qlobal istiləşmə prosesi start götürüb. İndi isə planetlə ulduz arasındakı məsafə böyüyür. Bu səbəbdən 10 il sonra planetimizdə qlobal soyuqlar düşəcək.

Bir müddət əvvəl amerikalı astrofiziklər bəyan etmişdilər ki, Yer planetində bütün canlılar 30 il sonra məhv olacaq. Tədqiqatçılar bunu Günəşdə baş verən aktivliklə izah edirlər.

Aktual.az
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR