Alimlər: Gecə saatlarında işləmək müsbət nəticə verməyəcək

Alimlər: Gecə saatlarında işləmək müsbət nəticə verməyəcək

Alimlər iddia edirlər ki, prostat vəzin xərçənginin yaranması gecə saatlarında işləmək ilə əlaqədardır. 

Kvebek universitetinin tədqiqatçılarının araşdırmalarına görə, gecə saatlarında işləyən kişilərdə, gündüz növbəsində işləyən kişilərə nisbətən prostat vəzinin xərçənginin yaranma riski 3 dəfə artıq olduğu aşkar edilib. Onlarda həmçinin bağırsaq, sidik kisəsi, ağciyər xəstəliklərinin inkişafetmə riski də yüksəkdir.

Oxu.Az MIGnews-a istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar qadınların da gecə saatlarında işləməyin qurbanı ola biləcəyini göstərib, belə ki, onlarda süd vəzisinin xərçəngi inkişaf edə bilər. 

Mütəxəssislər gecə növbələri melatonin – yuxu və gümrahlıq rejimini tənzimləyən hormonun məhv edilməsi üzündən orqanizmə zərər vurur. 

Nəticələri "American Journal of Epidemiology” jurnalında dərc edilən tədqiqat zamanı mütəxəssislər xərçəng diaqnozu olan 3137 kişinin məlumatlarını 500 sağlam kişinin məlumatı ilə müqaysə ediblər. Mütəxəssislər gecə növbəsində işləyənlərdə gündüz növbəsində işləyən kişilərə nisbətən prostat vəzinin xərçənginin yaranma riskinin 3 dəfə, bağırsaq xərçənginin isə 2 dəfə artıq olduğunu aşkar ediblər. Bundan başqa, gecə növbəsində işləyənlərin 76% çox ağciyər xərçəngindən və 70% çox sidik kisəsində şişin inkişafından əziyyət çəkir.

Alimlər həmçinin qeyd ediblər ki, ən çox riskə məruz qalanlar 10 ildən çox gecə növbəsində çalışanlardır. 
 
Aktual.az
Xəbər 818 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR