Aksiz vergisindən azad olan spirtli içkilərin həcmi azaldılır

Aksiz vergisindən azad olan spirtli içkilərin həcmi azaldılır

Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.

"Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.
Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.
 
Aktual.az
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR