Aİ ölkələrində internet pulsuz olacaq

Aİ ölkələrində internet pulsuz olacaq
  • DÜNYA

Avropa İttifaqına (Aİ) üzv ölkələrdə pulsuz və təhlükəsiz internet quraşdırılacaq.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Parlamentinin sentyabrın 12-də Strasburqda keçirilən iclasında üzv ölkələrdə vətəndaşların istifadəsi üçün reklamsız və şəxsi məlumatların zəmanət altına alındığı pulsuz internet üzrə qanun layihəsini təsdiqləyib. "WiFi4EU” adlandırılan yeni layihə parlamentin 582 üzvünün səsverməsi ilə qəbul edilib.
 
Qəbul edilən qanuna layihəsinə görə, ilk mərhələdə Avropa İttifaqına üzv ölkələrdəki xəstəxana, kitabxana, rəsmi qurumlar və alış-veriş mərkəzləri başda olmaqla 6 mindən çox yerdə pulsuz internet əlaqəsi təmin olunacaq. Pulsuz internet bağlantısı reklam xarakterli olmayacaq və məlumat təhlükəsizliyi təmin ediləcək.
 
Layihənin həyata keçirəcək şəhərlərin xərclərini Aİ ödəyəcək.



Aktual.az 
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR